Ucaldın qəbrim, ey bidərdlər, səngi-məlamətdən
Ucaldın qəbrim, ey bidərdlər, səngi-məlamətdən Ki, mə’lum ola dərd əhlinə qəbrim ol əlamətdən.
Məzarim üzrə qoymun mil, əgər kuyində can versəm, Qoyun bir sayə düşsün qəbrimə ol sərvqamətdən.
Görən saətdə ol qamət qiyamın, qıymadım canə, Qiyamət həm gələ qurtulmayam mən bu nədamətdən.
Qiyamətdə hesabi olmayanlardandır ol qafil Ki, fərq eylər fəraqın şamini sübhi-qiyamətdən.
Təriqi-səbrü tədbiri-səlamət ləzzətin bilmən, Mənə eşqü məlamət yey gəlir səbrü səlamətdən.
Təbiət inhirafın gör həvayi-eşqdən təndə, Əlac et düşmədən, saqi, mizacım istiqamətdən.
Füzuli, keç səlamət kuçəsindən, səbr kuyindən, Fərağət olmayan yerdə səfər yeydir iqamətdən.
Lüğət: Səng – daş; Sübhi – əzəl – ilk sübh; İnhiraf – dönmək, boyun qaçırmaq; İstiqamət – möhkəmlik, düzlük, hərəkət yolu