Tutulmuş xarə gülşəndə gülüm məhbus, mən məhbus
Tutulmuş xarə gülşəndə gülüm məhbus, mən məhbus. Qəfəs küncündə nalan bülbülüm məhbus, mən məhbus.
Tapılmaz öylə bir hal əhli ta izhari-hal eylim. Ürək dərdin deməkçin ah... dilim məhbus, mən məhbus.
Nə təqsir etmişəm yarəb, özüm bu işdə heyranam, Qapım bağlı, məkanım, mənzilim məhbus, mən məhbus.
Könül yazmaq dilər dərgahi-ədlə hali-zarimdən, Gözüm görməz, qələm tutmaz əlim məhbus, mən məhbus.
Tükəndi səbrim, ey səbrim evin viran edən bəxtim, Günüm qarə, ayım tutqun, ilim məhbus, mən məhbus.
Özü azad ikən kor oldu Kənan piri Yusifçin, Neçə kor olmayım mən Qabilim məhbus, mən məhbus.
Deyirlər səbrilə təhlil olur dünyada hər müşkül, Mənim səbrim fənadır, müşkülüm məhbus, mən məhbus.
Şəfai, mail ol «La təqnəti min rəhmətullah»ə Ümid et, söyləmə artıq gülüm məhbus, mən məhbus.