Tutdu gülzari-cahanı əbri-gövhərbar bar
Tutdu gülzari-cahanı əbri-gövhərbar bar, Bar darəd əbri-neysan yüz şəqayiqvar var.
Var, nəzər qıl, gör nədir əz qüdrəti-səbbağ bağ, Bağ içində yanadır hər guşədə gülnar nar. . Nari-gül yandırdı bülbülnü ki, qəmpərvərd vərd, Vərd üçün daim dolanır guşeyi-gülzar zar.
Z’arzuyi-lalə sərv azad olur piruz ruz, Ruzü şəb gülşəndə dutmaz cüz gül əz dəyyar yar.
Yar əgər zülfün çəkərsə gər dərü badam dam Damə düşgü sünbül olğu nafeyi-tatar tar.
Tarını çeşmi-şəqayiqgirü tərfi-cuy cuy Cuyi-can pürabi-eyş et çün macalın bar bar.
Barha ayıtdım, Nəsimi, qılma əz bidad dad Dad ilə könül dola çün lə’li-gövhərbar bar.
Lüğət: Gülzari – cinan – Cənnət gülzarı; Nar – Od; Vərd – Qızılgül; Ruz – Gün; Şəb – Gecə; Dəyyar – Sakin; Dam – Tələ; Çeşm – Göz; Bidad – Zülm