Əsas məzmuna keç

Qəzəl

Tünd olur hərdəm məzaci bisəbəb

Məhəmməd Füzuli

1

Tünd olur hərdəm məzaci bisəbəb, Eyləyər aşiqlərə yarım qəzəb.

Arizuya yox müəyyən bir məqam, Axıra yetməz, odur rahi-tələb.

Eşq zövqündən xəbərsizdir o kəs Kim, ona təsiri-meydəndir tərəb.

Ləblərindən kami-dil mümkün deyil, Qoymamış bizdə könül ol qönçələb.

Sən həyatın çeşməsi, mən zülmətəm, Çatmasa vəslə əlim, olmaz əcəb.

Sən qaçırsan, biz sənin şövqündəyik, Böylə keçdi mahü salü ruzü şəb.

Çox çətin işdir yəqin ülfət bizə, Sən hicab altında, biz əhli-tələb.

Ey Füzuli, vəsli-yar mümkün deyil, Çəkmə nahəq sən belə rəncü təəb.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.