Əsas məzmuna keç

Qəzəl

Topraqdən götür məni, ey əşki-laləgun!

Məhəmməd Füzuli

1

Topraqdən götür məni, ey əşki-laləgun! Başimdən etmə sayəni kəm, ey hübabi-xun!

El tə’nəsindən istərəm ol kuyə getməyim, Öz ixtiyarım ilə məni qoyma, ey cünun!

Təskin bulur cigərdə hərarət sirişk ilə, Suzi-dil ilə sinədə rahət olur füzun.

Ey xuni-didə, kəsmə cigərdən təəllüqün, Mehrin savutma sinədən, ey atəşi-dərun!

Bir gün bizə səadəti-vəsl etmədin nəsib, Bizdən götür nühusətin, ey talei-zəbun!

Ol qəmzə xəncərinə bir uğratmadın bizi, Kəs bizdən aşinalığın, ey bəxti-vajigun!

Ey çərx, qıl Füzulinin ahından ehtiraz Kim, bir gün etməyə yedi taqini sərnigun.

Lüğət: Hübab – suyun üzərində əmələ gələn qabarcıq, köpük; Cünun – dəlilik, divanəlik; Sirişk – göz yaşı; Füzun – artıq. G; Xuni – qanlı, qatil; Didə – göz; Zəbun – düşkün, aciz, zəif

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.