Tökülüb zülfi-pərişan üzünə halə misal
Tökülüb zülfi-pərişan üzünə halə misal, Arizin bədrə dönüb, var iki yanında hilal.
O qədər ülfəti biganəyə artıqdır onun, Görə bilməm onu biganəsiz, etsəm də xəyal.
Vəslini mən nə ümid ilə təmənna eləyim, Nə cəsarətlə mən ondan diləyim bəzmi-vüsal.
Göstər ol gül üzünü, canımı qurban eləyim, Hüsnünün şöhrəti artsın, mən edim kəsbi-kəmal.
Etina eyləməsən hali-pərişanımıza, Səndən, əlbəttə, deyil gizli bu keyfiyyəti-hal.
Qəlbi yandırmaz üzün tək günəşin istiliyi, Çünki yox onda sənin tək, gözəlim, xətt ilə xal.
Dövləti vəslini axtarma Füzuli kimi gəl, Çünki alimdə əməl tapmaq olur əmri-məhal.