Əsas məzmuna keç

Qəzəl

Tökmə zülfün üzə, qıl hüsni-cəmal ilə zühur

Məhəmmədəli Şəfai

2

Tökmə zülfün üzə, qıl hüsni-cəmal ilə zühur, Qoy əhatə eləsin aləmi başdan-başa nur.

Nə rəvadır günəşə pərdə çəkə qarə bulud, Qala zülmətdə xəlayiq, ucala vəhşətü şur.

Ey vəfa məclisinin nurlu çırağı gözəlim, Olsa pərvanətək aləm sənə qurban nə olur.

Sən gözəllikdə gözəl dəyməyib aləmdə gözə, Mislün öz əksün olur güzgüdə yalnız mənzur.

Yaradan lütf eləyib bu nə vəcahətdü sənə, Belə bir hüsni-vəcahət niyə qalsın məstur...

Gözlərim istədi baxsın o xumar gözlərüvə, Qəlbimi eylədi göz-göz müjən oxları, budur.

Bu yerişlə güzarın düşsə məzarıstana, Dirilib cümlə tamaşaya çıxar əhli-qübur.

Ülfəti afəti-can olmaz idi cananın, Etməsəydi məni avazeyi-eşqim məşhur.

Ey Şəfai, diləyün vəsləti-yar isə gərək, Olasan vəhdət üçün guşəyi-üzlətdə səbur.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.