Töhfəyəm, pakizə cövhər, laməkanın xasıyam
Töhfəyəm, pakizə cövhər, laməkanın xasıyam, Aləmül-qeybəm, vücudam, həm anın dəryasıyam.
Həm kəlamam, ayətəm, həm müshəfəm, səb’ülməsan, Həm mənəm tövhidi-bürhan, pirimin mövlasıyam.
Cəbrəiləm, həm Mikail, Israfiləm, Əzrail, Nazirəm, hər yerdə hazir, mən həqin kimyasiyəm.
Dəcləyəm, Niləm, Fəratam, həm mənəm abi-həyat, Kövsərəm, mai-təhuram, səlsəbilin tasıyam.
Dəngizəm, bəhrəm, mühitəm, qətrəyəm, dəryayi-eşq, Laməkan bünyadıyam, həm bəhrinin qəvvasıyam.
Musiyəm, Turam, əsayam, həm münacati-ilah, Həm mənəm ruzi-həqiqət, Musinin beyzasıyam.
Tərsayam, həm qeyri millət əhliyəm, nəsraniyəm, Həm mənəm zünnarü xaçü həm səlib cübrasıyam.
Davudam, xətmi-Süleyman, məndədir məcmui-zat, Həm mənəm mehri-xudavənd, divlərin ustasıyam.
Həm Həməl, həm Qövsü Cövza, həm Əsəd Mərrix ilə, Həm Sərətan, Sünbülə, həm Dəlvinin həmpasıyam.
Həm mənəm mizan, həşrin suruyam sər ta qədəm, Həm siratül-müstəqimin şiveyi-əşyasıyam.
Məscidəm, həm mədrəsə, bütxanəvü meyxanəyəm, Həm bu beytin əhliyəm, həm şəhrinin əsasıyam.
Qəmərəm, şəm’i-münəvvər, atəşəm, həm badü gil, Həm havayam, dörd təbiət, atamın babasıyam.
Mən Nəsimiyəm ki, həqqin dinivü imanıyam, Həm imami-məzhəbəm, həm dininin yəğmasıyam.
______________________Milli Kitabxana_______________________
Lüğət: Laməkan – Məkansız; Tövhid – Birlik; Bürhan – Dəlil, sübut; Zünnar – müsəlman dövlətlərində yaşayan xristianların bağladığı qurşaq; Səlib – Xaç; Sər – Baş; Münəvvər – Nurlu