Əsas məzmuna keç

Qəzəl

Tilismi-gənc üçün min ismi-ə’zəm yad tutdun, tut!

Məhəmməd Füzuli

1

Tilismi-gənc üçün min ismi-ə’zəm yad tutdun, tut! Tilismi sındırıb, gənci töküb, ismi unutdun tut! Töküb mey, cami-mey tutmaq təmənnasın çıxar başdan, Yügüş qanlar töküb, aləmdə çox xunabə yutdun, tut! Şərabi-nab zövqindən nə hasil, çün degil baqi, Piyazi-ömrə min gəz su verib, axır qurutdun, tut! Çü nə Cəmşid bulmuşdur bəqa keyfiyyətin, nə Cəm, Bu bəzm içrə Cəmü Cəmşid əlindən cam tutdun, tut! Füzuli, qıl qiyasi-halin əhli-dəhr halindən, Qümari-məkrü təzviri hiyəl əhlindən utdun, tut! *** Şö’leyi-şəm’i-rüxün əğyarə bəzməfruz olur, Ah kim, yetgəc mənə bir bərqi-aləmsuz olur. Qeyr çeşmindən bulur hər dəm nigahi-mərhəmət, Bən nə qıldım kim, nəsibim navəki-dilsuz olur. Hər gün açır könlümü zövqi-vüsalın yengidən, Gərçi güllər açmağa hər ildə bir novruz olur. Halətək çıxmaz evindən mahtəl’ətlər müdam, Hər kimin dövri-qəmərdə talei firuz olur. Saidin zövqilə tərk etmiş Füzuli aləmi, Meyli-səhra eyləməz hər quş ki, dəstamuz olur.

Lüğət: Baqi – əbədi, daimi, həmişəlik; artıq qalan; Bəzm – qonaqlıq, kef məclisi; Təzvir – hiylə; Hiyəl – hiylələr; Bərqi – lame’ – ildırım; Navək – ox; Firuz – qalib, xoşbəxt, ağgünlü; Said – bilək; Dəstamuz – ələ öyrənən, ələ öyrənmiş

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.