Tiği-cövrünlə könül, var yeri, bərbad olsa
Tiği-cövrünlə könül, var yeri, bərbad olsa, Şüşə əlbəttə sınar, düşməni fulad olsa.
Ahü fəryadımı hicrində yetirdim fələyə, Qəm deyil, çərxi-fələkdən mənə imdad olsa.
Nifrət etmə görüb ahım ki, sənin şəmi-rüxün Sönməz, əlbəttə, küləkdən necə bidad olsa.
Bağdadı şəmi-rüxünlə elə pürnur elədin, Kimsə yadi-vətən etməz yeri Bağdad olsa.
Qəlbdən atdı Füzuli qəmini əğyarın, Olacaq dərdü qəmində o əgər şad olsa.