Əsas məzmuna keç

Qəzəl

Tiğ etsə xətin pak sənə bir zərər olmaz

Seyid Əzim Şirvani

1

Tiğ etsə xətin pak sənə bir zərər olmaz, Ayinədə seyqəl ola hərgiz kədər olmaz.

Gəl bəzmi-Züleyxayə sən, ey Yusifi-sani, Bu hüsnü lətafətdə desinlər bəşər olmaz.

Ağuşə çəkib arizi-zibanı şəbü ruz, Aləmdə o zülfün kimi bir bəxtəvər olmaz.

Sorma bu gecə silsileyi-zülfi-siyahın Tulani olan qissədi, bu müxtəsər olmaz.

Yoxdan açıb ağzın verir axırda cavabım, Pinhani olan nalələrim biəsər olmaz.

Baği-dilə ol nəxli-məhəbbət ki, mən əkdim, Ondan bilirəm qeyri-bəla, bir səmər olmaz.

At qəmzən oxun Seyyidə, ey qaşı hilalım, Ruintənə yüz ox atasan kargər olmaz.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.