Əsas məzmuna keç

Qəzəl

Təzə xəbər

Zəlimxan Yaqub

2

Yarın yardan inciməyi, gülüm, təzə xəbər deyil, Səndən ayrı çəkmişəmsə zülüm, təzə xəbər deyil.

Məndən əvvəl yana-yana gəldi-getdi neçələri, Sənsiz yanıb külə dönsəm, külüm təzə xəbər deyil.

Neyləyəsən, həsrət elə sevənlərlə bir doğulur, Dodağına toxunmasa dilim, təzə xəbər deyil.

Eşqim ilə nələr dedim, gecə-gündüz gələr dedim, Əllərinə yetişməsə əlim, təzə xəbər deyil.

Desələr Zəlimxan ölüb, göz yaşını car eyləmə, Tamaşa qıl bu karvana, ölüm təzə xəbər deyil.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.