Əsas məzmuna keç

Qəzəl

Təvafi-Kə’bənin gərçi səvabı çoxdur, ey mövla

İmadəddin Nəsimi

1

Təvafi-Kə’bənin gərçi səvabı çoxdur, ey mövla, Könül Allah evidir gəl, təvaf etmək anı ovla!

Yedi göydən dəxi ə’la könüldür billah, ey arif, Könül içində buldular rümuzi-sirri-ma övha.

Olar kim, aşiqi-həqdir, nedərlər hurü qılmanı Ki, huri, xüldü qılmandır tüfeyli-aşiqi-şeyda.

Gəl ey həqq istəyən talib, müqəddəs vadini teyy et Ki, zəhmətsiz ələ girməz nə kim, istərsən, ey dana.

Vücudun şəhrinə, gir gör, könül Turunda can gəldi, Münacat etdi həqq ilə, təcəlli gördü çün Musa.

Kişi hər nəyi kim sevsə, odur həm zikri-təsbihi, Netəkim, daima Vamiq dilində zikridir Əzra.

Müyəssər olmadı vəslin Nəsimiyə, əya dilbər, Xəyalın munis etmişdir, dünü gün zikrisən, şaha!

______________________Milli Kitabxana_______________________

Lüğət: Təvaf – Kəbənin başına dolanmaq; Rümuz – Rəmzlər S; Xüld – Əbədiyyət, ölməzlik; Teyy – Ərzində; Dana – Bilici; Təcəlli – Əzəmətli zühur etmə; Zikr – Xatırlama, söyləmə; Netəkim – Necə ki; Munis – Yaxın dost

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.