Əsas məzmuna keç

Qəzəl

Təşneyi-cami-vüsalın abi-heyvan istəməz

Məhəmməd Füzuli

1

Təşneyi-cami-vüsalın abi-heyvan istəməz, Mayili-muri-xətin mülki-Süleyman istəməz.

Zülməti-zülfün giriftari dəm urmaz nurdən, Talibi-şəm’i-rüxün xurşidi-rəxşan istəməz.

Eyləməz meyli behişt üftadeyi-xaki-dərin, Sakini-künci-qəmin seyri-gülüstan istəməz.

Cövrdən ah etmə, ey aşiq ki, eyni-lütfdür, Dust əsbabi-kəmali-hüsnə nöqsan istəməz.

Eşqdən vəhm etməsin aşiq, yıxar könlüm deyib, Hiç sultanəm deyən mülkünü viran istəməz.

Aşiq isən rindü rüsvalıqdan ikrah etmə kim, Eşq sirrin iqtizayi-dövr pünhan istəməz.

Ey Füzuli, müttəsil, dövran müxalifdir mana, Qaliba, ərbabi-iste’dadı dövran istəməz.

Lüğət: Mayil – meyl edici, meyilli; Müttəsil – bir-birinin ardınca, daima; Ərbabi – yəqin – yəqinlik sahibləri, elm ilə yəqin mərtəbəsinə atanlar

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.