Tərki-dünyalıq nədir, təqva nədir? – biz bilmərik
Tərki-dünyalıq nədir, təqva nədir? – biz bilmərik, Eşqdən başqa nə var əfsanədir, – biz bilmərik.
Aləmin heç əmrinə bizlərdə yoxdur ehtiyac, Xalq deyir: var ehtiyac, amma nədir – biz bilmərik.
Eşqdən başqa geniş dünyada işlər yox deyil, Başqa işlər aşiqə biganədir, – biz bilmərik.
Sorma bizdən şiveyi-təqlidü rəsmi-etibar, Əhli-dünya səyinə məna nədir? – biz bilmərik.
Yarın eşqilə onun didarı şövqündən səvay, Sorma zahid, ləzzəti-dünya nədir? – biz bilmərik.
Sirri-həqqin məzhəri, aləmnüma ayinəmiz Saf meydir, sadə üz, başqa nədir? – biz bilmərik.
Söylədim: öldü Füzuli asitanında sənin, Söylədi: kimdir ölən, harda, nədir? – biz bilmərik.