Əsas məzmuna keç

Qəzəl

Tərk etdi yar, etdi məni biqərar eşq

Məhəmməd Füzuli

1

Tərk etdi yar, etdi məni biqərar eşq, Şamü səhər olubdur işim ahü zari-eşq.

Gənc aşiqəm, rəvadır əgər çak qəlbimi Açsın birinci gül kimi indi bahari-eşq.

Gəl, ey könül ki, Vamiqü Məcnun ölüb gedib, Xar ilə xəsdən oldu təmiz rəhgüzari-eşq.

Əfsus, tifldir hələ ol gül, düşünməyir Aşiq nədir, nə olmalıdır etibari-eşq.

Torpaqda hər qədəmdə bitər gül-çiçək, mənim Virənə könlümə batar, əfsus, xari-eşq.

Xoş ruzigarı, xoş günü yoxdur bu aləmin, Xoşdur bu aşiqin günü, həm ruzigari-eşq.

Yar eşqi indi etmədi rüsva Füzulini, Rüsvalıq hər zaman olub aləmdə yari-eşq.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.