Əsas məzmuna keç

Qəzəl

Təriqi-fəqr tutsam təb’ tabe’, nəfs ram olmaz

Məhəmməd Füzuli

1

Təriqi-fəqr tutsam təb’ tabe’, nəfs ram olmaz, Qina qılsam tələb, əsbabi-cəmiyyət təmam olmaz.

Dəhanından əsər görmən, miyanındən nişan, vəh kimi Məni-nakamə ömrümdən müyəssər hiç kam olmaz.

Müqimi-kuyi-dərd eylər məni ahi-cigərsuzim, Bu ahəngi-məlaləfzayə bundan yey məqam olmaz.

Müridi-saqiyəm kim lütfi əhli-zövqə daimdir, Nə hasil əhli-zöhdün şəfqətindən kim, müdam olmaz.

Dedim: üşşaqə cövr etmə; dedi ol xublar şahi: Siyasət olmayınca eşq mülkündə nizam olmaz!

Ləbindən qətrə-qətrə qan içər könlüm kərahətsiz, Şəkərdən olıcaq mey qətrəsi guya həram olmaz.

Füzulini məlamət eyləyən bidərd bilməzmi Ki, bazari-cünun rüsvalarında nəngü nam olmaz.

Lüğət: Vəh – aydınlıq, aşkarlıq; Kam – arzu; damaq, ağız; Zöhd – zahidlik; Kərahət – iyrənmək; Cünun – dəlilik, divanəlik

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.