Əsas məzmuna keç

Qəzəl

Tərəşşüh qəbrimin daşından etmiş çeşmimin yaşi

Məhəmməd Füzuli

1

Tərəşşüh qəbrimin daşından etmiş çeşmimin yaşi, Xəyal eylər görən kim, lə’ldəndir qəbrimin daşi.

Nə zibasən ki, surət bağılamaz təsviri-rüxsarın, Təhəyyür surət eylər, surətin çəkdikcə nəqqaşi.

Nola girdabi-qəm dersə, dili-sərgəştə dünyayə, Sanır kim, cizginir aləm, kimin kim, cizginir başi.

Sipehri-pürkəvakibdən degil dərdə dəva mümkün, Xəyal etmən verə tiryaki-zəhri-qəm, bu xəşxaşi.

Bəqasi mümkün olmaz, olsa gər divari-ömründə Məhü xurşiddən xiştü bina, əflakdən kaşi.

Verər əmvatə ehya badə, guya kim, çıxıb hər dün, Salır feyzi-Məsiha badəyə xümxanə xəffaşi.

Füzulini rəhi-eşqində əşkü ah edər rüsva, Bəladır, hər kimin bir yolda qəmmaz olsa yoldaşi.

Lüğət: Sərgəştə – avara, heyran; Sipehr – göy, sfera; Xişt – kərpic; Əflak – fələklər, göylər; Xəffaş – yarasa, gecə quşu

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.