Tənimdə getməyə yox kuyi-yarə tabü təvan
Tənimdə getməyə yox kuyi-yarə tabü təvan, Xoşam ki, olmamışam zəfi-tənlə sərgərdan.
Məni, heyif, o qara gözlərin təmənnası Ki, sürmə milçisi tək etdi torpağa pünhan.
Su səpmək istədi göz yaşlarım könül oduna, Əritdi varlığımı leyk atəşi-hicran.
Yığıldı başimə aləm bütün təmaşayə, Görün məni nə günə saldı həsrəti-canan.
Tutaydı itləri kuyində, həsrətində idim, Qaçırdım hər tərəfə sanki vəhşi bir ceyran.
Keçən gecə dedi ol məh qapımda bir itsən, Bu xalq içində bəs eylər mənə bu şöhrətü şan.
Rəqib ayırdı, Füzuli, məni nigarımdan, Bu dərdimi kimə bəs eyləyim mən indi bəyan?!