Əsas məzmuna keç

Qəzəl

Tən pozuldu əşki-çeşmi-xunfəşanimdən mənim

Məhəmməd Füzuli

1

Tən pozuldu əşki-çeşmi-xunfəşanimdən mənim, Göydü can könlümdəki suzi-nihanimdən mənim. Ta əsər var cismü cani-natəvanimdən mənim, Qəm kəm etməz gözü könlüm cismü canimdən mənim, Bu başımdan savulub, ol getsə yanimdən mənim.

Meyli-vəsl əgmiş qədimni çəngi-bəzmi-yar tək, Rəglərim sızlar əl ursam çəng üzrə tar tək, Çəngü ney mümkün kəm edə zarlıq mən zar tək, Bəs ki, məmluyəm həvayi-eşqə musiqar tək, Min fəğan hər dəm çıxar hər üstüxanimdən mənim.

Aləmi tutdu sirişkim qanı, tutmazsan xəbər! Saldı yaşım rəxnələr yollarə, qılmazsan nəzər! Qan yaşımdan sarı kim, tutmuş yolun, qıl bir güzər! Meyl qıl məndən yana, hər dəm bu istiğına yetər! Qanlı isəm dəxi gəl keç şimdi qanimdən mənim.

Güz evi tək oldu əşkimdən çox evlər qərqi-ab, Göz evi tək qıldı çox ev mərdümi-çeşmim xərab, Aləmi seylabə verdim, ey cəmali afitab! Görünür mərdüm gözünə seyldən qopmuş hübab, Suyə hər ev kim gedər əşki-rəvanimdən mənim.

Ey xəyalın xəlvəti nəqdi-rəvanim məxzəni, Göz yaşı olur rəvan hərgəh xəyal etsəm səni, Lütf umub səndən, səri-kuyində etdim məskəni, Gəl gözüm nuri, Füzuli tək çox ağılatma məni, Inciməzmi xatirin ahü fəğanimdən mənim.

Həbibiyə təxmis

Lüğət: Bəzm – qonaqlıq, kef məclisi; Sirişk – göz yaşı; İstiğına – vara qənaət etmə, nazlanma, ağr davranma; laqeydlik; Mərdüm – göz giləsi; xalq, camaat; Hübab – suyun üzərində əmələ gələn qabarcıq, köpük

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.