Təkcə canım deyil, eşqində onun yarəsi var
Təkcə canım deyil, eşqində onun yarəsi var, Qəlbimin də ciyərim tək o qədər parəsi var.
Üzü parlaqdı günəşdən o gözəl, heyranəm Ki, günün yar üzünə taqəti-nəzzarəsi var.
Bağiban, fərqini az bilmə gül ilə sərvin, Hansı bağın belə bir nərgisi-xunxarəsi var?
Kim deyir ki, səni Leylilə bərabər tuturam, Səndə yüzdürsə, onun təkcə bir avarəsi var.
Bax sinəm dağına, göz yaşıma, gər bilmirsən Ki, bu zalım fələyin sabitü səyyarəsi var?
Hileyi-dəhrdən irfandır edən mərdi xilas, Qorxmaz arif qadının hər necə məkkarəsi var.
Dərdi-cananə, Füzuli, bir ölümdür çarə, Demə ölməkdən əlavə bu qəmin çarəsi var.