Təcəlli dutdu afaqı camalın şəm’i-tabından
Təcəlli dutdu afaqı camalın şəm’i-tabından, Məgər kim, təl’ətin ayı əyan oldu niqabından.
Nə huriçöhrəsən, saqi, mütəhhər cismi-ruhani Ki, can sərməstü dəng oldu ləbi-lə’lin şərabından.
Məgər əşrati-saətdir qaşınla kirpigin, zülfün Ki, heyran oldu hasiblər bu Qur’anın hesabından.
Itabı şöylə şirindir dodağın işvə vəqtində Ki, aşiq can yağar sanur anın nazü itabından.
Camalın müshəfi, yarəb, nə göydən münzil oldu kim, Iki hərf oldu kafü nun onun hüsnü kitabından.
Gözün dövrani-aləmdən götürdü zöhdü təqvayı, Məgər axırzaman oldu, oyandı fitnə xabından?
Hüvəllahüs-səməd söylər xətin, əlhəmdülillah kim, Üzündən pərdə rəf oldu, günəş çıxdı hicabından.
Cəəlna sabit oldu kim, dodağın vəsfini söylər Kim, oldu külli-şey’ün həyy dodağın eyni-abından.
Açıldı zülfü xalından mana iman-din babı, Bu hərfü nöqtəyi gör kim, nələr fəth oldu babından.
Əgərçi zikri-təsbihin savabı çoxdur, ey zahid, Mən onu eşqə dəgşirdim, anın keçdim savabından.
Nəsimi çün vüsalından irişdi cənnətü hura, Nə məhşərdən hesab eylər, nə damunun əzabından.
Lüğət: Təcəlli – Əzəmətli zühur etmə; Müshəf – Kitab; Zöhd – Asketizm; Zikr – Xatırlama, söyləmə; Damu – Cəhənnəm