Əsas məzmuna keç

Qəzəl

Təalallah ki, sün’idən sənintək xoş camal eylər

İmadəddin Nəsimi

1

Təalallah ki, sün’idən sənintək xoş camal eylər, Yenə bədr ayın üstündə qara qaşlar hilal eylər.

Zəhi-nəqqaşi-surətgər ki, bir qətrə məni sudan Nə göyçək hüsni-canpərvər, nə ziba xəttü xal eylər.

Üzü eyni-inayətdir şəhimin səm’inə degil: Ki, neçin zülfünün cimi əlif qəddimi dal eylər?

Xəlayiqlər xəyal eylər ki, hüsnün Yusifə bənzər, Əzizim yeydürür, billah, bu el yanlış xəyal eylər.

Məlalət çəkməzəm hərgiz ki, hicran bərkamal olsa, Hər an nəsnə kamal olsa, fələk anı zaval eylər.

Yar ilə xəstə könlümün əcaib haləti vardır, Vəleykən müddəi bilməz, bizimlə qilü qal eylər.

Nəsimi yar hicrində ümid üzməz vüsalından Ki, Tanrı aqibət bi gün bu hicranı vüsal eylər.

Lüğət: Zəhi – Afərin; Ziba – Gözəl; Hərgiz – Hələ; Nəsnə – Bir şey

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.