Əsas məzmuna keç

Qəzəl

Təala şə’nəhu əkbər ki, bir nuri-xuda gördüm

Şah İsmayıl Xətai

1

Təala şə’nəhu əkbər ki, bir nuri-xuda gördüm, Qaşını qibləgah etdim, yüzün şəmsüz-züha gördüm.

Mənim Pərvim təki çeşmim gecələr uyxusuz qaldı, Səadət asimanında yüzün bədri-düca gördüm.

Mənim dərdim əlaci şol həkimi-ləmyəzəldir kim, İçəndən şərbəti-lə’lin vücudimni şəfa gördüm.

Şəbi-hicranda, ey salik, hidayət şəm’inə yandım, Yüzünün afitabından yüz ənvari-ziya gördüm.

Görəndən bərlü didarın Xətayi xəstədir, heyran Ki, anın asitanında səlatinlər gəda gördüm.

Lüğət: Nuri – rəhman – ilahi nur; Çeşmi – giryan – ağlar göz; Uyxu – yuxu; Bədr – bütöv ay; Şol – o; Didar – görüş, üz

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.