Əsas məzmuna keç

Qəzəl

Təala-şanəhü hüsnün süfatı kim, müəlladır

İmadəddin Nəsimi

1

Təala-şanəhü hüsnün süfatı kim, müəlladır Ki, ərrəhman ələl-ərş istiva, ol səhni-mövladır.

Bu hüsnün iştirakından misalın laşərik olmuş, Pəs amənna və səddəqna sana ərz etmək övladır.

Hürufi-eyni-əlqabın bu mahiyyətdürür, çünkim, Süfati-zatına gəlmiş bu əsma kim, müsəmmadır.

Əzəl bəzmində rüxsarın nə şey kim gördü məst oldu, Əcəb meydir kim, içənlər hənuz uş məsti-şeydadır.

Həkimin şərbəti olmaz gözün sevdasına nafe’, Vüsalın şərbətin istər, dimağında bu sevdadır.

Vücudum lövhünə yazdım sənin eşqin, hürufundan, Zəhi, ey münşiyi-əşya, bu nə sün’ü nə inşadır?

Üzün xurşidi-xavərdir, ana mətlə’ günəşdir kim, Nə şəmsi-ləmyəzəlsən kim, camalın adı yektadır.

Saçından bil ki, şərh oldu ələm nəşrəh ləkə, yarəb, Camalın şəm’i yasindir, yanağın nuru tahadır.

Müənbər zülfünə həqdən qədimi sabit olmuşdur Ki, sübhanəlləzi-əsra anın şə’nində əsradır.

Yədi-beyza imiş hüsnün ki, Musa ana məhrəmdir, Təala şanəhü əkbər, bu necə Turi-Sinadır?

Nəsiminin bu gün düşdü gözünə dişlərin əksi; Zəhi pakizə gövhər kim, mühiti eyni-dəryadır.

______________________Milli Kitabxana_______________________

Lüğət: Müəlla – Yüksək, uca; İstiva – Ekvator xətti; Səddəqna – Sidq etdik; Inandıq; Ərz – Yer; Əsma – Adlar; Sevda – 1. Öd, 2. Məhəbbət; Zəhi – Afərin; Xurşid – Günəş; Yədi – beyza – Ağ əl; Beyza – Ağ, bəyaz; Əksi – Nöqsan

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.