Təala şanəhü əkbər, bu nə hüsni-dilaradır
Təala şanəhü əkbər, bu nə hüsni-dilaradır, Cəmalın huridən yegrək, boyun tubadan ə’ladır.
Gözüm yüzün görər hər dəm, zəhi nazir, zəhi mənzur, Könül zülfin ilər hər dəm, əcəb aşüftə sevdadır.
Xöcəstə qamətin gördüm sənin, ey sərvəri-xuban, Bəladan dil xilas olmaz, əcəb hümmətlü baladır.
Əgər cövrü cəfa qılsan və gər mehrü vəfa qılsan, Yolundan dönməgim yoxdur ki, həq binavü danadır.
Xətayi xəstənin vergil muradın, həsbətən lillah Ki, xaki-asitanında işi daim təmənnadır.
Lüğət: Hüsn – gözəllik; Tuba – cənnət ağacı; Dil – ürək; Bala – yüksək, yuxarı; Cövr – zülm; Mehr – günəş