Taki rüxsarindən ərrəhman ələl-ərş-istiva
Taki rüxsarindən ərrəhman ələl-ərş-istiva, Həm anın şə’nində münzəl ayəti-şəmsüz-züha.
Sureyi-Tahavü Yasinü təbarək hüsninə Gör nə tə’zim eyləmişdir həq təala rəbbəna.
Münfəildir təl’ətindən dər fələk xurşidü mah, Şol cəhətdən kim, yüzün nurundan almışdır ziya.
Valehü sərgəştədir aləmdə əhli-mə’rifət Vəchinə, ey gövhəri-pakizeyi-ərzü səma.
Bu Xətayidən inayət kəsmə, ey şahi-kərəm, Canə yetmişdir cəfadan lütf edib qılgil vəfa.
Lüğət: Xurşid – günəş; Mah – ay; Şol – o; Sərgəştə – çaşmış, başını itirmiş