Əsas məzmuna keç

Qəzəl

Tabi-xurşid məhi-ruyinə vermiş rövnəq

Məhəmməd Füzuli

1

Tabi-xurşid məhi-ruyinə vermiş rövnəq, Ta ki, ziba xət üçün ola bu təzhibi-vərəq.

Əksi-qəddinlə görən daireyi-ayinəyi, Der məhi-bədrdir əngüşti-nübüvvətdən şəq.

Sənə gülşəndə nisar etmək üçün hər nərgis Götürübdür başa altun dolu bir sim təbəq.

Hər sənəm müshəfi-hüsni-həqə bir ayətdir, Məktəbi-eşqdə hər dil ona bir tifli-səbəq.

Aşiq olmaq sənə, bəsdir bizə bürhani-cünun, Hüsnə əql əhli müqəyyəd ola bilməz mütləq.

Rəsmdir aşiqə gəlmək qaşı yaylardan ox, Eşq peyda olalı böylə qurulmuş bu nəsəq.

Şahdır hüsn büsatında bu gün ol gülrüx, Ey Füzuli, məni-avarə sürülmüş beydəq.

Lüğət: Müshəf – Quran; Səbəq – dərs; Bürhan – dəlil, sənəd; Cünun – dəlilik, divanəlik; Nəsəq – nizam, qanun, tərtib

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.