Tabi-suzi-sinədən əksilməsəydi göz nəmi
Tabi-suzi-sinədən əksilməsəydi göz nəmi, Göz yumub-açınca seylabə verərdim aləmi.
Hər gözüm pürmövc dəryadır, o dərya üzrə kim, Hər qaşımdır mövcdən bir sərnigun olmuş gəmi.
Muyi-julidəmdədir cəm’iyyəti-əsnafi-qəm, Mülki-sevdanın budur guya səvadi-ə’zəmi.
Hicr var, ey didə, vəsl əyyamı tökmə xuni-dil, Saxla kim, əlbəttə, anın həm gələr bir gün dəmi.
Adəmidən çox olur zahir pərivəşlər, vəli Az olur vaqe’ pərivəşlərdə sən tək adəmi.
Vəsl yadilə, könül, söndürmə ahim atəşin, Külbeyi-tarimdən ikrah etməsin hicran qəmi.
Ey Füzuli, qıldı canım riştəsin pürpiçü tab, Bir pərivəş dilbərin sevdayi-zülfi-pürxəmi.
Lüğət: Didə – göz; Xuni – qanlı, qatil; Pürxəm – əyri-üyrü, qıvrım. R