Tabəndə üzün tabişi bədri-dücaya tə’n edər
Tabəndə üzün tabişi bədri-dücaya tə’n edər, Fərxəndə zülfün sayəsi zilli-hümaya tə’n edər.
Xurşidi-tabana üzün gər tə’n edərsə, nə əcəb! Aləmdə rövşəndir bu kim, sultan gədaya tə’n edər.
Badi-səba Isa kimi gərçi dirildir ölüyü, Ənbərfəşan zülfün dəmi badi-səbaya tə’n edər.
Ey hüsnünə heyran qəmər, yarəb, nə cansan kim, üzün Bədr olmuş aya dəq tutar, şəmsüz-zühaya tə’n edər.
Eşqinlə, ey arami-can, gərçi bu canım sayrudur, Bir rənc imiş eşqin kim, ol yüz min şəfaya tə’n edər.
Mə’şuqunun cövr etdiyi yeydür vəfadan aşiqə, Bilməz vəfanın qiymətin, hər kim cəfaya tə’n edər.
Bənzətməz anın üzünü aya Nəsimi, sor nədən, Şol mə’nidən, hər kim üzün görmüşdür, aya tə’n edər.
Lüğət: Tabəndə – Parıldayan; Tabiş – Parıltı, istilik; Bədri – müəmməm – Əmmaməli ay; Fərxəndə – Xoşbəxt; Sayə – Kölgə; Xurşid – Günəş; Rövşən – İşıqlı; Qəmər – Ay; Sayru – Xəstə; Rənc – Əziyyət; Qiyməti – ərzan – Baha qiymət; Şol – O