Əsas məzmuna keç

Qəzəl

Ta yüzün üstündə zülfin sayə salmışdır yenə

Şah İsmayıl Xətai

1

Ta yüzün üstündə zülfin sayə salmışdır yenə, Arizin rəngi güli-həmrayə salmışdır yenə.

Eşqi-ruyindən könül istər xilas olmağ, vəli Canimi zülfün siyəh sevdayə salmışdır yenə.

Çeşminə heyran olandan bərlü könlüm, ey pəri, Ahu nisbət əqlimi səhrayə salmışdır yenə.

Şadəm andan bərlü kim, hicrində olmuşmən müqim, Yüz məlamət bu dili-şeydayə salmışdır yenə.

Bu Xətayi canını qurban edər ol mahə kim, Pərtövi-mehri-cəmalın ayə salmışdır yenə.

Lüğət: Sayə – kölgə; Ariz – yanaq; Həmra – qırmızı, al; Vəli – ancaq, lakin; Müqim – oturan, yaşayan; Məlamət – danlaq, qaxınc; Dili – şeyda – vurğun ürək, sevən könül; Şeyda – vurğun; Mehr – günəş

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.