Əsas məzmuna keç

Qəzəl

Ta xəyali-arizin gəldi gözümə xab tək

Şah İsmayıl Xətai

1

Ta xəyali-arizin gəldi gözümə xab tək, Gecələr hər dəm gözümə görünür məhtab tək.

İxtiyar ilən mənim düşməz bu canım eşqinə, Neyləyim, çəkdi xəyali-zülfiniz qüllab tək.

Gər namazım fövt ola, zahid, mana tə’n etmə kim, Yar qaşıdır mana məsciddəki mehrab tək.

Ol zamandan bərlü kim, çeşmim yüzüni görmədi, Yaş gözümdən cari oldu dəmbədəm seylab tək.

Yarə gər aləm nəzər qılsa, Xətayi, qəm yemə, Baxmaq olmaz yüzinə xurşidi-aləmtab tək.

Lüğət: Ariz – yanaq; Xab – yuxu; Məhtab – ay işığı; Qüllab – qarmaq, çəngəl; Mehrab – məsciddə qiblənin istiqamətini göstərən dairəvi yer; Çeşmi – giryan – ağlar göz; Cari – axan, axıcı; Xurşid – günəş

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.