Əsas məzmuna keç

Qəzəl

Ta vücudim eşqiniz yolunda bolmuşdur həlak

Şah İsmayıl Xətai

1

Ta vücudim eşqiniz yolunda bolmuşdur həlak, Ayağın tozundan ayru oldu canım dərdnak.

Ta ola hər dəm mənim baş üstə qaim dövlətim, Asitanında yaturmən daima bər ruyi-xak.

Hər necə cəhd etdim, ölüm daməninə yetmədi, Paybusin həsrətindən eylərəm yaxamı çak.

Xalis oldum ta ki mən qan yaş axıtdım didədən, Yumayınca qan ilən olurmi mərdüm yüzi pak?

Bir pərini sevdi bu miskin Xətayi könlü kim, Eşqinə məftun olubdur öz səmək ta bər səmak.

Lüğət: Qaim – möhkəm, bərk; Xak – torpaq; Çak – yırtıq; Didə – göz; Mərdüm – xalq, göz bəbəyi

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.