Əsas məzmuna keç

Qəzəl

Ta səri-kuyində bu könlüm müqim olmuşdurur

Şah İsmayıl Xətai

1

Ta səri-kuyində bu könlüm müqim olmuşdurur, Dil məqami baği-cənnati-nəim olmuşdurur.

Dəftəri-hüsnində şol hərfi-xətü xalın sənin Sətri-“Bismillah ərrəhmanirrəhim” olmuşdurur.

Sidqimiz ol vəchidir kim, həqq olur anda zühur Kim, təriqətdə sirati-müstəqim olmuşdurur.

Şər’iniz yolunda biz qılsaq xəta, sən qıl kərəm, Min bir adından sənin biri kərim olmuşdurur.

Ey Xətayi, çəkmə qəm, gər hicr ilən bimarsən, Çün sana ol xaliqin fəzli həkim olmuşdurur.

Lüğət: Müqim – oturan, yaşayan; Dil – ürək; Şol – o; Vəch – səbəb, üz; Kərim – səxavətli; Hicr – ayrılıq; Fəzl – fəzilət – dəyər, üstünlük, bilik

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.