Ta niqab arizinə zülfi-dütadən saldı
Ta niqab arizinə zülfi-dütadən saldı, Məni ol mahliqa şurü həvadən saldı.
Saldı könlümdən o gül özgə sənəmlər şövqin, Bütləri nayibi-həq beyti-xudadən saldı.
Xəti-müşkini gəlib tutdu rüxi-cananı, Şamilər məmləkəti-Rumi səfadən saldı.
Sübh sərməst çıxıb ta elədi rəfi-niqab, Arizi-beyzeyi-beyzanı ziyadən saldı.
Neynəvadə məni bir şux ərəb qıldı əsir, Bu sınıq könlümü ney kimi nəvadən saldı.
Eşq ilə salmış idi aləmə Məcnun səda, Onu divanəligim indi sədadən saldı.
Seyyid, ol gülbədəni bəs ki vəfasız gördüm, Məni novmid edib, ümmidi-rəcadən saldı.