Əsas məzmuna keç

Qəzəl

Ta necə xab içində xəyalın görüm sənin

Şah İsmayıl Xətai

1

Ta necə xab içində xəyalın görüm sənin, Vəqtidürür ki, şimdi cəmalın görüm sənin.

Dərdi-fəraq içində qatı zarəm, ey sənəm, Bir gün ola ki, ruzi-vüsalın görüm sənin.

Yetdi kəmalə, ey ğəmi-hicran, cəfalərin, Şimdi məhəldürür ki, zəvalın görüm sənin.

Canımni eydi-vəslinə qurban edim rəvan, Bir gün ola ki, qaşi-hilalın görüm sənin.

Yarəb, Xətayi görməsün ol möhnətü fəraq, Yetüb vüsalə, rəf’i-məlalın görüm sənin.

Lüğət: Xab – yuxu; Zəval – bəla, məhv olma; Rəvan – həyat, diri, axan, gedən, ruh, can; Hilal – aypara

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.