Əsas məzmuna keç

Qəzəl

Ta mənim könlümdə, cana, həsrəti-cananədir

Şah İsmayıl Xətai

1

Ta mənim könlümdə, cana, həsrəti-cananədir, Həq bilür kim, ağlamaqdan gözlərim peymanədir.

Arizin gülşəndürür, canım ona bülbül kimi, Rüxlərin çün şəm’dir, könlüm ona pərvanədir.

Mən sana hər dəm dualar qıluram, ey bivəfa, Ey sənəm, neyçün sənin hər gündə qəsdin canədir?

Gərçi zülmətdir saçun, yüzün ona xurşidvar, Ləblərin tə’mi nə nisbət çeşmeyi-heyvanədir?

Dərdi-eşqindən sənin gər istəsəm dərdü ələm, Neyləsün bu xəstə könlüm, dərd ilə həmxanədir.

Bağça içində güli-əhmər nə nisbət vəchinə, Ol yanağın qanına can laleyi-həmra, nədir?

Bu Xətayi başdan ayağə üzülmüşdür tamam, Nişə kim, ol zülfinə məhrəm həmişə şanədir.

Lüğət: Peymanə – qədəh, piyalə; Ariz – yanaq; Çeşmeyi – heyvan – dirilik bulağı; Ələm – dərd, qəm; Əhmər – qırmızı; Həmra – qırmızı, al; Şanə – daraq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.