Əsas məzmuna keç

Qəzəl

Ta mənim gül yüzlü yarım əzmi-seyran eylədi

Şah İsmayıl Xətai

1

Ta mənim gül yüzlü yarım əzmi-seyran eylədi, Lalətək hicri yarası bağrımı qan eylədi.

Ta ki qıldı bir nəzər ol dilrüba yarım mənim, Neçə üşşaq əhlini sərməstü heyran eylədi.

Ta ki, dün gülzar içində bir təbəssüm qıldı yar, Ağzı püstə qönçəni gülşəndə xəndan eylədi.

Damə saldı can quşun, səd parə qıldı dilləri, Ta qəmər yüzində ol zülfin pərişan eylədi.

Afərin ol dilrübayi-nazənin dildarə kim, Bu Xətayiyə vüsalin lütfi ehsan eylədi.

Lüğət: Hicr – ayrılıq; Dilrüba – gözəl, könülalan; Dün – dünən, gecə; Xəndan – gülən; Səd – yüz; Qəmər – ay

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.