Əsas məzmuna keç

Qəzəl

Ta məni ayırdı dövran sevgi yarımdan mənim

Şah İsmayıl Xətai

1

Ta məni ayırdı dövran sevgi yarımdan mənim, İncidi gögdə məlayik ahü zarımdan mənim.

Surətin gördüm, nigara, valehü sevdayimən, Firqətin dövr eylədi səbrü qərarımdan mənim.

Ey pəri peykər, səni andan bəri kim, görmüşəm, Hüsnin ayırdı qərarü ixtiyarımdan mənim.

Həsrətəm Yə’qub tək Yusif yüzünə, ey səba, Tanrı içün bir xəbər algil nigarımdan mənim.

Ey Xətayi, hər tükün titrər xəzan yaprağı tək, Ta məni dur etdi dövran növbaharımdan mənim.

Lüğət: Nigar – sevgili, bəzəkli; Firqət – ayrılıq; Hüsn – gözəllik; Dur – uzaq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.