Əsas məzmuna keç

Qəzəl

Ta məndən iraq ol büti-gülpirəhən oldu

Seyid Əzim Şirvani

1

Ta məndən iraq ol büti-gülpirəhən oldu, Hər camə ki geydim, mənə qəmdən kəfən oldu.

Sən beylə degildin mənə, ey ruhi-rəvanım, Məlum olur kim, səni bir ögrədən oldu.

Rəhbər dedigim oldu mənə rahzən axır, Yusif görünən yar mənə Əhrimən oldu.

Bəhreynə dönüb mövci-bəladən iki çeşmim, Hər qətrə ki, düşdü yerə dürri-Ədən oldu.

Dil eylədi axır səri-zülfündə nişimən, İymanə gəlib maili-hübbi-vətən oldu.

Nisfi-rüxünü xətti-siyəh tutdu o mahın, Gəldi Həmələ mehr, şəbü ruz tən oldu.

Ol Yusifi-gümgəştə fərağında bu Seyyid, Yəqubə dönüb sakini-beytül-həzən oldu.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.