Ta kuyi-yardə özümə mənzil etmişəm
Ta kuyi-yardə özümə mənzil etmişəm, Asan ikən özüm işimi müşkül etmişəm.
Bir qətrə qan oğurlamışam tiği-yardən, Sinəmdə vermişəm yer, adın mən dil etmişəm.
Verdim qəmində xirməni-ömrümü badə mən, Pərvanətək o xalını mən hasil etmişəm.
Dün gecə şürbi-badəni mən tövbə eylədim, Saqi, bağışla, səndən işi qafil etmişəm.
Zülfi-siyahi-yar xəyalilə, zahida, Təsbih qəsdinə özümü mail etmişəm.
Sərməstlikdə söyləmişəm mey həramdır, Hökmi-xətadı bu, əməli-batil etmişəm.
Seyyid, cahanda kəsrəq ilə yox rücumuz Kim, bəhri-vəhdətə özümü vasil etmişəm.