Əsas məzmuna keç

Qəzəl

Ta könül seydinə səyyad o gözü qaş oldu

Seyid Əzim Şirvani

1

Ta könül seydinə səyyad o gözü qaş oldu, Aləmə razi-nihanım dağılıb faş oldu.

Zülfi-tərrarın olub gözlərinə yar, axır Bu qara oğru həramilərə yoldaş oldu.

Nə bəlalər gətirir başıma bu dideyi-tər, Bu nə tufan, bu nə girdab, bu nə yaş oldu?

Ey xoşa nəqşinə ol aşiqi-həqbinin kim, Nəqşdən pey aparıb aşiqi-nəqqaş oldu.

Eşikin daşına ta dəgdi rəqibin qədəmi, Evim ol ləhzə yıxıldı, başıma daş oldu.

Sədəfi-sinəm ara bəslədigim gövhəri-nab, Heyf taraca gedib qisməti-ovbaş oldu.

Dün şümar eylədik aləmdəki divanələri, Axirül-əmr bu Seyyid hamıdan baş oldu.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.