Əsas məzmuna keç

Qəzəl

Ta kim, ol zülfin niqabi mahtab üstündədir

Şah İsmayıl Xətai

1

Ta kim, ol zülfin niqabi mahtab üstündədir, Bir bulud nisbətlüdür kim, afitab üstündədir.

Gün təki yüzün cəhanda zahir olmuşdur, vəli Bu əcəb kim, bəndədən daim hicab üstündədir.

Eşqiniz kim, oldu bu viranə könlüm məskəni, Gəncə bənzər kim, yeri daim xərab üstündədir.

Zahidi-gümrahi gör, divarə eylər səcdəni, Ol günəhkar öylə sanur kim, səvab üstündədir.

Bu Xətayinin dilində eşqi-dilsuzin sənin Oda bənzər kim, həmişə ol kəbab üstündədir.

Lüğət: Niqab – üz örtüyü; Vəli – ancaq, lakin; Hicab – örtük, pərdə, utanma; Gümrah – yoldan azmış

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.