Ta kim, ol məhbubi-dilin lə’li cami-badədir
Ta kim, ol məhbubi-dilin lə’li cami-badədir, Rəhni-meyxanə həzaran xirqəvü səccadədir.
Əzmi-bustan eylədi ol qaməti şümşad şad, Sərvi-azədəyi gör kim, qayğudan azadədir.
Adını gördüm yazılmış şol təhəyyürnamədə, Didə heyran şol hümayun xətti-hüsni-adədir.
Kim ola xurşidi-taban, də’viyi-hüsn eyləyə, Zərrədən kəmtər yolunda sübhü şam üftadədir.
Hər zaman bağlar xəyalın sibi-qəbqəb nəqşini, Qeyri-nəqşi-hüsni-dilbər lövhi-xatir sadədir.
Istərəm lə’li-ləbindən şərbəti mən xəstədil, Dadımı hər kim eşitsə, deyə kim, dildadədir?
Vəslini qıldı Nəsimi arzu, bu əqli gör, Sən gədayi-binəvasan, ol şəhü şəhzadədir.
Lüğət: Cami – müsəffa – Saf şərab; Həzaran – Yüzlərlə; Şol – O; Didə – Göz; Xurşid – Günəş; Üftadə – Yıxılmış, düşmüş