Əsas məzmuna keç

Qəzəl

Ta kim ol ahu gözün mülki-xötəndən bac alur

Şah İsmayıl Xətai

1

Ta kim ol ahu gözün mülki-Xötəndən bac alur, Şol humayun zülfiniz fəğfuri-Çindən tac alur.

Nola gər hüsnindən alsa zərreyi-nur afitab Kim, bəli, daim pənilərdən nəva möhtac alur.

Nə əcəb, mən miskinin könlün əgər yəğma qıla Hinduyi-zülfin ki, mülki-Rumdən tarac alur.

Ta ayağın tozu tək qapunda məskən dutmuşam, Bu səadətdən mənim bəxtim mələkdən bac alur.

Bu Xətayi Kə’beyi-kuyində tapmışdır şərəf, Hacı tək könlüm təvafi-kuyinizdən hac alur.

Lüğət: Şol – o

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.