Əsas məzmuna keç

Qəzəl

Ta kim, ey dilbər, vüsalın getdi yanımdan mənim

Şah İsmayıl Xətai

1

Ta kim, ey dilbər, vüsalın getdi yanımdan mənim, Dürlü möhnətlər keçər hər lərzə canımdan mənim.

Gər vücudim qəbr içində yüz min il qalsa müdam, Çıxmıya bu nari-eşqin üstüxanımdan mənim.

Xanüman əhvalini məndən fəraqin sormasın, Keçmişəm səndən cüda öz xanümanımdan mənim.

Qəbrim üstinə, səba, lütf eylə gəl, qılgil güzər, Bir xəbər algil mana canü cəhanımdan mənim.

Həq bilür, səyyarə tək gözümə uyxu gəlmədi, Ta fələk qıldı cüda ol mehribanımdan mənim.

Növcavan ikən məni hicran güni pir eylədi, Ta ki düşmüşəm cüda ömri-cavanımdan mənim.

Qəddi xəm oldu ğəmindən bu Xətayi xəstənin, Ta cüda düşdü könül qaşı kamanımdan mənim.

Lüğət: Müdam – davamlı, həmişə; Nari – səqər – cəhənnəm odu; Cüda – ayrı; Uyxu – yuxu; Pir – qoca; Xəm – əyri, əyilmiş, bükülmüş

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.