Əsas məzmuna keç

Qəzəl

Ta ki, sən ey ğönçə ləb, lə’lini xəndan eylədin

Şah İsmayıl Xətai

1

Ta ki, sən ey ğönçə ləb, lə’lini xəndan eylədin, Dərdə saldın, lalə tək bağrım qara qan eylədin.

Eşqiniz qıldı müsəxxər bu vücudim şəhrini, Ta ki, mehrini könül mülkində sultan eylədin.

Könlümə cəm’ oldu yüz min dürlü sevdayi-siyah, Gül yüzün üstündə ta zülfin pərişan eylədin.

Ta ki, gülşən gəştinə çıxdın, əya gülrüx sənəm, Bağça içində boyun sərvi-xuraman eylədin.

Qəhrü cövrün lütf qıldı bu Xətayi xəstəyə, Mərhəba, xoş gəldin, ey can, lütfü ehsan eylədin.

Lüğət: Ləb – dodaq; Xəndan – gülən; Müsəxxər – alınmış, zəbt olunmuş; Mehr – günəş; Siyah – qara; Qəhr – acıq, kədər; Cövr – zülm

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.