Ta ki, gördüm mən səni, aləmdə heyran olmuşam
Ta ki, gördüm mən səni, aləmdə heyran olmuşam, Naləvü əfğan edərmən, didə giryan olmuşam.
Ta fəraqından könül məcruh olubdur hər zaman, Dəmbədəm dər naləvü fəryadü əfğan olmuşam.
Gül yüzün övsafini ta kim eşitdim, ey pəri, Hüsninin bağında bir mürği-gülüstan olmuşam.
Necə cəm’ olsun bu könlüm sənsiz, ey arami-can Kim, səri-zülfin kimi ğəmdən pərişan olmuşam.
Ta dodağın cür’əsindən qılmışam bir qətrə nuş, Xızr tək sirabi-nuşi-abi-heyvan olmuşam.
Ey əzizim, firqətindən çıxmazam ğəmxanədən, Sən təki Yusifdən ayru piri-Kən’an olmuşam.
Bu Xətayi ta hilali qaşların gördü sənin, Şol mübarək təl’ətin eydinə qurban olmuşam.
Lüğət: Didə – göz; Mürği – hərim – məhrəm quşu; Sirab – doymuş; Abi – həyat – dirilik suyu; Hilal – aypara; Şol – o