Ta ki, gördüm mən cəmalın, ey pərivəş dilbərim
Ta ki, gördüm mən cəmalın, ey pərivəş dilbərim, Mənzəri-xurşid tək yaş ilə doldu gözlərim.
Bülbüli-zarəm yüzündən ayru, taqət qılmazam Kim, yüzündür bu cahan bağında vərdi-əhmərim.
Mən dəxi yad eyləmən dünyavü cənnət bağını, Ləblərin ta kim, olubdur məşki-abi-kövsərim.
Şərbəti-hicrinlə qılma, dilbəra, ağzımnı təlx, Tutiyəm, lə’lindürür qəndü nəbatü şəkkərim.
Neçə gündür ki, Xətayi asitanın yastanur, Sormadın bir gün ki, xanı ol ğulami-kəmtərim?
Lüğət: Xurşid – günəş; Vərdi – əhmər – qırmızı gül; Əhmər – qırmızı; Abi – həyat – dirilik suyu; Təlx – acı; Asitan – eşik, astana, hökmdar qapısı; Kəmtər – lap az, azacıq, etibarsız