Əsas məzmuna keç

Qəzəl

Ta ki, düşdüm hicrinə, könlüm fəğanə başlər

Şah İsmayıl Xətai

1

Ta ki, düşdüm hicrinə, könlüm fəğanə başlər, Gəldi ahimdən mənim fəryadə dağü daşlər.

Hüsnini yad eyləsəm, ey sərv boylu dilbərim, Firqətindən çeşmə tək axar gözümdən yaşlər.

Mehri-ruyin sərbəsər sehr ilə dutdu aləmi, Fitnəvü qövğayə saldı ol göz ilən qaşlər.

Eşqə dil verdin deyə cövr etmə, ey zahid, mana, Can verür mə’şuqə daim aşiqi-qəllaşlər.

Nasehə, eyb eyləmə miskin Xətayi şe’rinə, Çün həqə mə’lumdurur könlündə sirrü faşlər.

Lüğət: Hüsn – gözəllik; Mehr – günəş; Sərbəsər – başdan-başa; Dil – ürək; Cövr – zülm; Qəllaş – əliaçıq, müflis

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.